RAC

Avtobus

Hyundai County -  Bu avtobusların 20-28 yerlik  modelləri mövcud olduğundan, sərnişinlərin xüsusi rəğbətini qazanmağa nail olub. Əsasən koorperativ müştərilərimizin seçimi olan bu model avtobuslarımız daha çox şirkət işçi və kollektivlərinin daşınması sahəsində əvəzolunmazdır. Əlavə olaraqonuda vurğulayaq ki, məsafədən asılı olmayaraq, yaxın və uzaq səfərlərə bu avtobuslar vasitəsilə,  rahat gediş-gəlişiniz mümkündür. Hazırda avtobus icarəsi üçün County avtobusunun 2014-cü il modeli təklif edilir.

İsuzu -  Uzaq məsafələrə komfortlu səyahət üçün nəzədə tutulmuş İsuzu Novo markalı avtobuslarımız geniş və rahat oturacaqlarla seçiləndir. Bu avtobusların 29-31 yerlik  modelləri mövcud olduğundan, sərnişinlərin xüsusi rəğbətini qazanmağa nail olub. Yaxın və uzaq səfərlərə bu avtobuslar vasitəsilə,  rahat gediş-gəlişiniz mümkündür. Hazırda avtobus icarəsi üçün Isuzu Nova avtobusunun 2014-cü il modeli təklif edilir.

İsuzu Turkuaz - Novo modeli kimi artıq bir neçə ildir ki müştərilərimiz tərəfindən tanınır və bəyənilərək təkrar təkrar sifariş edilir. Bu avtobusların 29-31 yerlik  modelləri mövcud olduğundan, sərnişinlərin xüsusi rəğbətini qazanmağa nail olub. Yaxın və uzaq səfərlərə bu avtobuslar vasitəsilə,  rahat gediş-gəlişiniz mümkündür. Hazırda avtobus icarəsi üçün Isuzu Turkuaz avtobusunun 2014-cü il modeli təklif edilir.

Mercedes Benz 0403 - 45-48 oturacaqdan ibarət olan avtobusdur. Mercedes Benz şirkəti nisbətən köhnə model hesab olunan bu avtobusun istelsalını dayandırsada, salonlarının tamamilə dəyişdirilməsi və daha rahat oturacaqlarla təmin olunmasına görə, yeni model avtobuslardan heç də geri qalmır. Məhz buna görə də müştərilərin məmnuniyyətini qazanan Mercedes Benz 0403 modeli, sifarişcilər tərəfindən mütəmadi olaraq sifariş olunur. Hazırda avtobus icarəsi üçün Mercedes 0403 avtobusunun 2010-cü il modeli təklif edilir.

Otokar - Bu avtobusların 23-28 yerlik  modelləri mövcud olduğundan, sərnişinlərin xüsusi rəğbətini qazanmağa nail olub. Yaxın və uzaq səfərlərə bu avtobuslar vasitəsilə,  rahat gediş-gəlişiniz mümkündür.

Hazırda avtobus icarəsi üçün Otokar avtobusunun 2014-cü il modeli verilir.

Mercedes Travego -  Mercedes Benz şirkətinin 50-55 yerlik avtobus modelidir. Bu avtobuslar Mercedes 0403-dən, hər oturacağın arxasında manitor olması və  salonun daha çox adam tutumuna malik olmasıyla fərqlənir. Uzaq yolları sizə asanlıqla qət etməyə imkan verəcək olan bu model avtobuslarda sizin rahatlıq və komfortunuza görə hər şey əvvəlcədən düşünülmüşdür. Hazırda avtobus icarəsi üçün Mercedes Travego avtobusunun 2014-cü il modeli təklif edilir.

Mercedes Setra - Bu marka avtobuslar, nəqliyyat sistemində köklü dəyişiklik etmiş hesab olunur. Bu avtobuslar öz sahəsində VIP model hesab olunan Traveqo və yeni model Neoplanları öz kölgəsində qoymuş sayılır. Beləliklə avtobus bazarının tempinə uyğunlaşmaq üçün, nəqliyyat şirkətləri də Setra avtobuslarının alınması və sifarişlərin qəbuluna başlayıblar. Hazırda avtobus icarəsi üçün Mercedes Setra avtobusunun 2014-cü il modeli təklif edilir.

x

Pulsuz zəng