Sürücüsüz avtomobil kirayəsi
Siz istənilən növ minik maşınlarını sürücüsüz sifarişlə icarəyə götürə bilərsiniz. Xidmət minimum 3 gün olmaq şərti ilə, günlük, həftəlik və aylıq icarəyə hesablanır. Əgər siz ölkəmizə qonaq kimi gəlirsinizsə, icarəyə götürdüyünüz avtomobili, istəyinizə uyğun olaraq, hava limanı və yaxud otellərə də çatdıra bilərik. Maşınlarımız yeni və səliqəlidirlər. Nəzərinizə çatdırmaq istərdik ki, icarə haqqına sığorta xərcləri də aiddir. Şirkətimizdə daimi müştərilər üçün endirimlər mövcuddur. Dispetçer xidməti, Onlayn Dəstək sizin sifarişinizi qəbul etməyə hazırdır. 7 gün, 24 saat istənilən sualınıza cavab verməyə şad olarıq!